Çin gəmisi Yaponiya ərazisinə daxil oldu
Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Dəniz Qüvvələrinə aid hidroqrafik gəmisi Yakusima adasının (Kaqosima prefekturası) cənub-qərbində Yaponiya ərazi sularına daxil olub.
Demedia.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, gəmi iki saata yaxın ərazi sularında olub. Sonra qərb istiqamətində hərəkətini davam etdirib.
Gəminin hərəkətlərini izləmək üçün Yaponiya Yakusima adasına dəniz özünümüdafiə qüvvələrinin katerlərini, həmçinin “P-1” və “P-3C” təyyarələrini göndərib.