ŞOK İDDİA: Putin bu ölkədə xaos yaratmaq üçün casuslar toplayır
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkədə xaos yaratmaq üçün Rusiya xüsusi xidmət orqanlarına Böyük Britaniyaya casusların cəlb edilməsini gücləndirməyi tapşırıb.
Demedia.az Publika.az-a istinadən xəbər verir ki, jurnalistlər Kremlə yaxın mənbələrdən onlara elektron məktubların gəldiyini iddia edirlər. Onlar külli miqdarda pul müqabilində təxribat törədə biləcək adamların işə götürülməsindən danışırlar.
"Məqsəd Britaniya cəmiyyətinin bütün sahələrində, əsasən də parlamentdə oturanlar da daxil olmaqla, bütün rütbələrdən olan dövlət qulluqçuları və siyasətçilər arasında məxfi mənbələrlə kəşfiyyat işini gücləndirməkdir", - məktubda deyilir.
Mənbənin sözlərinə görə, potensial agentləri Rusiya səfirliyinin diplomatik heyətinə nəzarəti gücləndirməklə aşkar etmək olar.
"Mi-6"nın keçmiş rəhbəri ser Riçard Dirlov deyib ki, casusların məqsədi Ukraynaya dəstək mövzusu ola bilər:
"Onlar Böyük Britaniyaya çox diqqət yetirəcəklər: hökumətin mərkəzində nələrin baş verdiyi, Ukraynadakı müharibəyə münasibətimiz, ukraynalılarla münasibətlərimiz haqqında fikir əldə etmək üçün".