Polşa sərhədlərini PUA-larla qoruyacaq
Polşa silahlı qüvvələri ABŞ-dan MQ-9A "Reaper" kəşfiyyat tipli pilotsuz uçuş aparatlarını (PUA) icarəyə götürüb.
Demedia.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib.
Bildirilib ki, PUA-lar Polşanın Belarus və Ukrayna ilə şərq sərhədinin qorunmasında istifadə olunacaq.
PUA-ların lizinq müqaviləsi 2022-ci ilin sonunda imzalanıb. Polşa Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkə öz PUA-larını əldə edənə qədər icarəyə götürülən sistemlər müvəqqətidir.