Özbəkistanda da zəlzələ oldu



 11:41 14.02.2023     344

 

Çərşənbə axşamı Özbəkistanın Kaşkadərya vilayətində 3,6 bal gücündə zəlzələ baş verib. 

Demedia.az xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyi yanında Seysmik Proqnoz Monitorinq Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Kaşkadərya vilayətinin Dexkanabad rayonu ərazisində olub. Təbiət hadisəsinin episentri yerin 10 km dərinliyində olub. 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.