Onların günlərdən sonra qovuşması dünyanı ağlatdı - VİDEO
Hatayın Antakya bölgəsində daha bir ailə zəlzələnin qurbanı olub.
Demedia.az xəbər verir ki, zəlzələdə 7 yaşlı oğlunu və həyat yoldaşını itirən Ahmet Ayan sonra kiçik qızına qovuşub.
Ata Ahmet Kaya dağıntılar altından çıxarıldıqdan sonra qızından xəbər ala bilməyib. 6 gündən sonra isə dövlət rəsmilərinin təşkilatçılığı ilə o, qızına qovuşub.
Qeyd edək ki, Türkiyədə mərkəzi Kahramanmaraş olan iki böyük - 7,7 və 7,6 ballıq zəlzələdə 31.643 nəfər həyatını itirib.