"NATO bizə düşmən olan təşkilatdır" - Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nu Rusiyaya düşmən olan təşkilat adlandırıb.
Demedia.az xəbər verir ki, o. bunu jurnalistlərə açıqlamasında deyib.
"NATO bizə düşmən olan, düşmənçiliyini hər gün təsdiqləyən və Ukrayna ətrafındakı münaqişədə iştirakını mümkün qədər aydın göstərməyə çalışan bir təşkilatdır", - Peskov bildirib.
Bundan əvvəl Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirmişdi ki, NATO ölkələri özlərini Rusiya ilə münaqişənin iştirakçısı hesab etmirlər, lakin Ukraynanı texnika və silahlarla təchiz edirlər və bundan sonra da tədarük edəcəklər.