Ərdoğan Türkiyəyə dəstək verən ölkələrə təşəkkür etdi
“Bütün imkanları ilə Türkiyəyə dəstək verən ölkələrə təşəkkürümü bildirirəm. Türkiyədə baş verən əsrin fəlakəti beynəlxalq həmrəyliyin nə qədər önəmli olduğunu sübut etdi”.
Demedia.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya hökumətlərinin zirvə toplantısına videomesaj vasitəsilə qoşulan zaman bildirib. Ərdoğan deyib ki, Türkiyə koronavirus pandemiyası dönəmində dünyaya verdiyi dəstəyin zəlzələ fəlakəti yaşadığı bugünlərdə qarşılığını almaqdadır:
“Bütün imkanları ilə Türkiyəyə dəstək verən ölkələrə təşəkkürümü bildirirəm”.