Finlandiya və İsveç NATO-ya ayrı-ayrı vaxtlarda da daxil ola bilərlər
Finlandiya və İsveç NATO-ya ayrı-ayrı vaxtlarda da daxil ola bilərlər.
Demedia.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclasından əvvəl bildirib.
“Həm Finlandiya, həm də İsveç artıq NATO-ya daha yaxındırlar və daha çox inteqrasiya olunublar. Ona görə də əsas məsələ onların alyansa birlikdə qoşulub-qoşulmayacağı deyil. Əsas məsələ onların hər ikisinin mümkün qədər tez tamhüquqlu üzv kimi təsdiq olunmasıdır”, - baş katib deyib.