Rusiya xilasediciləri Türkiyədən qayıtdı
Rusiya xilasediciləri Türkiyədə zəlzələ zonasında işlərini başa vuraraq Moskvaya qayıdıblar.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin teleqram kanalı xəbər yayıb.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi göyərtəsində bir qrup xilasedici və həkimlə birlikdə Moskvaya enib", - məlumatda deyilir.
Qeyd olunur ki, nazirliyin 150-dən çox mütəxəssisi fevralın 7-dən Türkiyənin ən çox zərər çəkmiş vilayətində işləyib.