“Mirzoyanın səfəri Türkiyə ilə..." - Paşinyan açıqladı
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfəri Ermənistan-Türkiyə münasibətlərinin qurulmasında dönüş nöqtəsi ola bilər”.
Demedia.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, İrəvan Ermənistan-Türkiyə sərhədindəki Ani körpüsünün bərpası üçün eskiz hazırlayıb.
O qeyd edib ki, Ani körpüsünün bərpası həm də iki ölkə arasında münasibətlərin normallaşması üçün simvolik xarakter daşıya bilər.
N.Paşinyan onu da bildirib ki, ünvanına səslənən tənqidlərə baxmayaraq, Ermənistan hökuməti Türkiyəyə yardım göndərməyə bilməzdi, çünki belə böyük humanitar fəlakətlər zamanı xüsusilə qonşu ölkələr dəstək verməlidir.