Dağılan binalara görə daha 6 nəfər həbs edildi
Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərərçəkən 11 şəhərdən biri olan Osmaniyedə çökən binalarla bağlı istintaq başladılıb.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Baş Prokurorluğu məlumat yayıb.
"İl Təhlükəsizlik Müdirliyi qruplarının zəlzələdə dağılan binaların podratçılarına qarşı əməliyyatında 16 adam tutularaq nəzarətə alınıb. B M.İ., F.Ç., AK, LS, H.Ü. və ND həbs edilib. Digər şübhəlilər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar",- deyə məlumatda qeyd olunub.
Zəlzələlərdə 215-i Osmaniyenin mərkəzində, 124-ü kənd yerlərində olmaqla cəmi 339 bina dağılıb, 991 nəfər həyatını itirib.