Şolts müttəfiqləri Ukraynaya tanklar verməyə çağırdı
“Ukraynaya döyüş tanklarının verilməsinin tərəfdarı olan ölkələr öz vədlərini yerinə yetirməli və tankları verməlidirlər”.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransında deyib.
“Belə tankları vermək iqtidarında olanların bunu indi etməsi lazımdır”, - o bildirib.
Bundan əvvəl “Die Welt” qəzeti Niderland və Danimarkanın Kiyevə “Leopard 2” tanklarının verilməsində iştirak etməyəcəyini yazıb.
Yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 “Leopard 2” tankı göndərəcəyini və digər ölkələrə bu texnikanın təkrar ixracına icazə verəcəyini təsdiqləyib.