Putin bu səbəblə buzlu suya girdi - FOTO
Rusiya Prezidenti Vladimir Putin bu il də ənənəvi dini mərasimlə əlaqədar buzlu suya girib.
Unikal.org xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Çoxları məndən Putinin Epifani mərasimində iştirak edib-etmədiyini soruşur. Ənənəvi olaraq o, bunu edir. Bu, onun ənənəsidir. Ənənələri dəyişdirmir”, - Peskov deyib.
Qeyd edək ki, provaslavlar İsa peyğəmbərin doğum günü və xaç suyuna salınma mərasimi münasibətilə hər il Epifani mərasimi keçirir.