"Ukrayna ilə hərbi ittifaq yarada bilərik" - Polşa Prezidenti



 18:44 18.02.2023     452

“Müharibədən sonra Polşa ilə Ukrayna arasında hərbi ittifaq yarana bilər”.

Demedia.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.

O bildirib ki, buna ümid edir: “Biz, həmçinin gözləyirik ki, Rusiya üzərində qələbədən sonra Ukrayna NATO-nun üzvü olacaq”.

Qeyd edək ki, fevralın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Aİ sammiti çərçivəsində polşalı həmkarı ilə görüşmüşdü.