Ukraynadakı müharibə daha da gərginləşə bilər - Stoltenberq



 20:47 18.02.2023     459

“Ukraynaya hərbi yardım münaqişəni daha da gərginləşdirə bilər”.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, belə bir risk var: “Ümumiyyətlə, risksiz variant yoxdur. Amma bizim üçün Rusiya Prezidenti Vladimir Putinin qalib gəlməsi daha risklidir, nəinki eskalasiyanın dərinləşməsi”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.