Yaponiya Ukraynaya yardım göndərdi
Yaponiya indiyədək Ukrayna və onun qonşu dövlətlərinə humanitar, maliyyə, enerji və yenidənqurma işlərinə 1,5 milyard dollarlıq yardım göndərib.
Demedia.az-ın məlumatına görə, bu fikirlər Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi ilə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşün yekunlarına dair bəyanatında yer alıb.
Qeyd olunub ki, Yaponiya həmçinin enerji dəstəyi, minaların və partlamamış hərbi sursatların təmizlənməsi təşəbbüslərini həyata keçirib.
Ukraynanın XİN rəhbəri göstərdiyi köməyə görə Hayaşiyə təşəkkür edib və tərəflər əməkdaşlığın genişləndirilməsinin vacibliyini təsdiqləyiblər.