Dünyanın formasını dəyişdiyi gün - ŞOK fotolar İLK DƏFƏ üzə çıxdı



 18:46 19.02.2023     562

Xəbər verdiyimiz kimi, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 38 044 nəfərə çatıb, 100 mindən çox insan yaralanıb.

Demedia.az xəbər verir ki, Reuters xəbər agentliyi "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlər barədə "Dünyanın formasının dəyişdiyi gün" adlı diqqətçəkən təhlil dərc edib. Bu təhlil Türkiyədə baş verən fəlakətin şiddətini bir daha ortaya qoyub.

Dünyanın hər yerindən mütəxəssis və elm adamlarının Kahramanmaraş zəlzələlərini qiymətləndirdiyi təhlildə yer qabığının formasının dəyişdiyi qeyd edilib, zəlzələlərin yaratdığı çatlar və qırıqlara diqqət çəkilib: "Yer qabığının qırılması çox böyük deformasiyalara, zəlzələlərin intensivliyi Yer üzündə nəzərəçarpacaq dəyişikliklərə səbəb olub".

ŞƏHƏRLƏR HİSSƏLƏRƏ AYRILIB

0 (29).jpg (72 KB)

Zəlzələlər zamanı yerin hərəkət etdiyi istiqamətlərin qrafikində əks istiqamətdə yaşanan dəyişikliklərin yer qabığında 7 metrlik çatlara səbəb olması göstərilib. Zəlzələnin episentrindən təqribən 150 kilometr aralıda olan Hatayın Tepehan rayonunda belə qeydə alınan iri çatlar zəlzələnin böyüklüyünü göstərir.

Təhlildə vurğulanıb ki, Hatayın Altınözü mahalının Tepehan rayonunda 7 min ailənin yaşadığı zeytun bağı ikiyə bölünərək uzunluğu 300 metr, dərinliyi 40 metr və eni 50 metr olan dərə meydana gətirib.

NASA-nın geofiziki Erik Fieldinqin sözlərinə görə, yer qabığını parçalayan zəlzələlər ABŞ tarixində ən böyük zəlzələlərdən biri hesab edilən 1906-cı ildə San-Fransisko zəlzələsinə oxşar xüsusiyyətlər nümayiş etdirir. Kaliforniya Texnologiya İnstitutundan Kris Millinerin sözlərinə görə, zəlzələ zamanı əks hərəkətlər nəticəsində meydana gələn 5-7 metr yerdəyişmələr fəlakətin miqyasını təyin etmək üçün mühüm faktordur.

ZƏLZƏLƏ NİYƏ DAĞIDICI OLUB?

0 (31).jpg (135 KB)

Qrafik: fay xəttinin qırılmasından birbaşa təsirlənən yaşayış məntəqələri

O da qeyd olunub ki, yerə çox yaxın olan zəlzələdə ən böyük dağıntı birbaşa qırılma xəttinin üstündəki yaşayış məntəqələrində olub. Seysmoloq Syuzan Hounun sözlərinə görə, yaşayış məntəqəsinin birbaşa qırılma xəttində olmasının bir neçə səbəbi var.

0 (32).jpg (54 KB)

Qrafik: Suya çıxış və əlçatanlıq fay xəttində məskunlaşmanın əsas səbəbləridir

Məskunlaşma üçün dağların sonundakı düzənliklərin seçilməsində ən mühüm amillərdən birinin su ehtiyatları olduğuna diqqət çəkən Houn bu xətlərin müxtəlif təbii ehtiyatlar baxımından da zəngin olduğuna diqqət çəkib.

0 (33).jpg (84 KB)

Qrafik: birbaşa fay xəttinin üzərində olan şəhər və kəndlər

Təhlildə bu ərazilərdə yaranan qırıqların daha böyük olduğu, şəhərlərin birbaşa fay xəttində olmasa da, belə dağıntılarla üzləşmələrinin səbəbinin yeraltından davam edən əlaqələr olduğu bildirilib.

0 (34).jpg (91 KB)

Peyk görüntülərində yer qabığındakı dəyişikliklər qeyd edilib, yaşayış məntəqələrinin yerlərinin dəyişdiyi vurğulanıb.

İkiqat zəlzələnin yer qabığında iki nəhəng çat yaratdığını əks etdirən təhlildə bunun qeyri-adi olduğu vurğulanıb.//Musavat.com