"Rusiyanın məğlub olmasını istəyirəm" deyən Makrona Rusiyadan cavab
Rusiya tərəfi Fransa Prezidenti Emmanuel Makronun “Moskvanın Ukraynada məğlub olmasını istəyirəm” sözlərinə cavab verib.
Demedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Makron bu açıqlaması ilə Qərbin Rusiyada hakimiyyəti dəyişməsi barədə məqsədini bir daha gündəmə gətirib.
"Fransanın tarixi Makronla başlamayıb. Dövlət səviyyəsində hörmət edilən Napoleonun qalıqları Parisin mərkəzindədir" - Zaxarova Makrona cavab verib.
Qeyd edək ki, Makron “Le Journal du Dimanche” qəzetinə müsahibəsində deyib ki, Fransa Rusiyanın Ukraynada məğlub olmasını istəyir, lakin “əzilməsini” istəmir.
Əlavə edək ki, 1812-ci ildə baş verən Fransa və Rusiya imperiyaları arasındakı müharibə Napoleon ordusunun məğlubiyyəti ilə nəticələnib.