Litva XİN Belarusa qarşı sanksiyaları sərtləşdirməyə çağırdı



 09:07 23.02.2023     307

Ukraynadakı müharibədə dolayısı ilə iştirak edən ölkə kimi Belarusa qarşı sanksiyalar genişləndirilməli və sərtləşdirilməlidir. Çünki o, Rusiya hərbi təyyarələrinin öz ərazisinə enməsinə və yanacaq doldurmasına icazə verir.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Litvanın xarici işlər naziri Qabrielius Landsberqis “Sky News” telekanalına müsahibəsində bildirib.

O etiraf edib ki, Minsk münaqişədə birbaşa iştirak etmir, amma Rusiyanın müttəfiqidir və məsuliyyətin bir hissəsini daşıyır.

"Biz yorulmadan Belarusun hərəkətlərini necə məhdudlaşdırmaq barədə düşünməliyik. Onun iqtisadiyyatına, yeni sanksiyaların tətbiqinə təsir etmək üçün addımlar lazımdır", - XİN rəhbəri bildirib.