Bayden Putinin strateji hücum silahlarına dair danışıqlardan imtinasını səhv qərar adlandırdı



 09:54 23.02.2023     342

“Rusiyanın Strateji Hücum Silahlarının İxtisarı haqqında Müqavilədə iştirakını dayandırmasına dair qərarı səhvdir”.

Demedia.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciətində Rusiyanın müqavilədə iştiraklarını dayandırdığını açıqlayıb.

Xatırladaq ki, bir müddət əvvəl NATO Rusiyanın bu müqavilənin şərtlərinə əməl etmədiyini vurğulayıb.