Rusiyada zəlzələ baş verdi
Rusiyanın İrkutsk vilayətinin Nijneudinski rayonunda 4,5 maqnitudasında zəlzələ baş verib.
Demedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, episentrdə təkanın gücü 6,3 bal olub.
Ölənlar və dağıntılar qeydə alınmayıb. İnfrastruktur obyektləri ştat rejimində fəaliyyət göstərir.