“Rusiya sülh müqaviləsini hazırlamağa kömək edir” - XİN
“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini hazırlamağa kömək edir”.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O bildirib ki, sülhə gedən yolda çoxlu maneə var:
“Rusiya üçtərəfli razılaşmalar kompleksinə əsaslanaraq ölkələr arasında münasibətlərin normallaşdırılması üçün məqsədyönlü səylər göstərir. Rusiyanın vasitəçiliyinin məqsədi konstruktiv və mənalı dialoqu təmin etməkdir. Moskva həmçinin sülh prosesinin əsas prinsipləri və parametrləri ilə bağlı öz fikirlərini tərəfdaşlarına çatdırıb”.
“Rusiyanın məqsədi Cənubi Qafqazda sülh və sabitliyi həmişə priorotet olaraq saxlamaqdır”, - o, əlavə edib.