Avropa İttifaqının ali nümayəndəsi İranı kəskin tənqid etdi
“İran Rusiyanı müasir silahlarla təmin etməklə beynəlxalq hüququn norma və prinsiplərini pozur. Narahatçılığımızı birbaşa İran rəsmilərinə və beynəlxalq ictimaiyyətə bildirsək də, nəticə əldə edə bilməmişik”.
Demedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“İranın Rusiyanı silahla təmin etməsi ilə bağlı narahatlığımı hər fürsətdə dilə gətirirəm. İran hökuməti insan haqlarına hörmət etmir, ölkədə daxili repressiyalar və ölüm cəzasını tətbiq edir. Digər tərəfdən İranın Rusiyanı silahla təmin etməklə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə kifayət qədər əməkdaşlıq etməmək kimi ciddi nöqsanları mövcuddur.
Mən həm İranın xarici işlər nazirinə və digər rəsmilərinə dəfələrlə bu barədə narazlığımı bildirmişəm. İran hökuməti beynəlxalq hüququn norma və prinsiplərini pozur və bu qəbulolunmazdır”//Report.az