Amerikalı milyarder ofisində intihar etdi
Amerikalı milyarder və maliyyəçi Tomas Li ofisində ölü tapılıb.
Demedia.az xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb. Bildirilir ki, Li intihar edib. Maliyyəçinin meyiti Manhettendəki ofisində işçiləri tərəfindən aşkarlanıb.
Məlumata görə, Linin sərvəti 2 milyard dollar qiymətləndirilir.