Kamçatkada 6,1 maqnitudalı zəlzələ oldu



 16:36 25.02.2023     459

Rusiyanın şərqindəki Kamçatka diyarında 6,1 maqnitudalı zəlzələ baş verib.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının saytında məlumat verilib.

Qeyd edilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 170 km kənarda, Kamçatkanın şimal-qərb sahillərində olub.

Həmçinin yeraltı təkanın 65 km dərinlikdə baş verdiyi bildirilir.