TƏCİLİ! TARİX AÇIQLANDI - "Müharibə başlayır, hər şeyə hazır olmalıyıq!"



 21:45 25.02.2023     511

Bütün dünya Britaniya müdafiə naziri Ben Uollesin müharibə xəbərdarlığından danışır...

Britaniyanın müdafiə naziri Ben Uolles xəbərdarlıq edib ki, müharibə Britaniyanın astanasındadır və ölkəsi hər şeyə hazır olmalıdır.

Demedia.az xəbər verir ki, Ukrayna müharibəsinin bir illiyi ilə bağlı “The Sun”a danışan britaniyalı nazir dünyanın indi mütləq daha təhlükəli, daha qeyri-sabit bir yerə çevrildiyi barədə xəbərdarlıq edib və dəhşətli proqnoz verib.

"Bu 10 ilin sonunda müharibə gəlir. İstər soyuq olsun, istərsə isti, hər şeyə hazır olmalıyıq. Müdafiəyə daha çox pul xərcləməliyik", - Uolles bildirib.

63f9d5e84e3fe0208ccb6ed6.jpg (81 KB)

Britaniyalı nazirin sözləri Ukraynaya milyonlarla funt-sterlinq texnika və sursat yardımından sonra ölkədə rezonans doğurub. Britaniya qəzetləri Qərblə Rusiya arasında artan gərginliyə diqqət çəkib.

"Azadlıq azad deyil" deyən Uolles İngiltərənin hər şeyə hazır olmalı olduğunu vurğulayıb. O, Britaniyanın Ukraynaya "Typhoon" qırıcıları göndərməsi barədə xəbərləri də təkzib edib.

"The Guardian" qəzetində yer alan xəbərə görə, müdafiə naziri ölkəsinin "RAF Typhoon" təyyarələrini Ukraynaya göndərməyi planlaşdırmadığını açıqlayıb.

Nazir "Wallace Sun" qəzetinə verdiyi müsahibədə Ukraynanı dəstəkləməyə davam edəcəklərini vurğulayıb: “İngiltərənin Rusiyaya mesajı budur ki, biz heç vaxt təslim olmayacağıq və heç yerə getməyəcəyik”.//Musavat.com