Çavuşoğlu: “Türkiyədə baş vermiş zəlzələ əsrin fəlakətidir”
“Türkiyədə baş vermiş zəlzələ əsrin fəlakətidir”.
Demedia.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, zəlzələnin təsirlərinin aradan qalxması üçün hər kəs səfərbər olub: “Könüllülərimiz də çalışırlar. Dünyanın 102 ölkəsi axtarış-xilasetmə komandalarını göndərməyi təklif etdi. Onlardan 90-ı ölkəmizə komanda göndərdi. Hazırda dörd ölkənin təmsilçiləri - Azərbaycan, Özbəkistan, Gürcüstan və Filippinin axtarış-xilasetmə qrupları hadisə yerlərnidə çalışırlar. Çünki işlər hələ bitməyib”.