MKİ rəhbəri: “Çin Rusiyaya öldürücü silahlar verməyi nəzərdən keçirir”



 17:25 26.02.2023     306

“Çin hakimiyyəti Ukraynaya qarşı müharibə üçün Rusiyaya öldürücü silahların verilməsi imkanını nəzərdən keçirir. Lakin rəsmi Pekin hələlik yekun qərarını verməyib”.

Demedia.az xəbər verir ki, bunu “CBS News” telekanalına müsahibəsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns deyib.

“Biz əminik ki, Çin rəhbərliyi öldürücü silahların (Rusiyaya - red.) verilməsi imkanlarını nəzərdən keçirir”, - Börns qeyd edib.

O vurğulayıb ki, Çin bu qərarı verməsə də, Cozef Bayden administrasiyası öz növbəsində rəsmi Pekini belə bir addımdan çəkindirməyə çalışır.