Zelenski Donbasda əməliyyatlar aparan komandiri vəzifəsindən azad etdi



 09:12 27.02.2023     313

Donbasda hərbi əməliyyatlar aparan Birləşmiş Qüvvələrin Əməliyyatının (BQƏ) komandiri general-mayor Eduard Moskalyovu vəzifəsindən azad edib.

Demedia.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, E. Moskalyov bu vəzifəyə ötən il martın 15-də təyin olunmuşdu.

Qeyd edək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukrayna hüquq-mühafizə orqanlarının Rusiya və rusiyayönlü silahlı qrupların (Donbasdakı separatçıların) fəaliyyətinə qarşı yönəlmiş hərbi və xüsusi təşkilati-hüquqi tədbirlər kompleksidir.

Əməliyyat “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal olunmuş ərazilərdə Ukraynanın dövlət suverenliyinin təmin edilməsi üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında” Ukrayna qanununun icrası ilə nəzərdə tutulub.