Ukrayna Baş Qərargahı: “Fevralın 20-dən 22-dək 200-ə yaxın “vaqnerçi” zərərsizləşdirilib”



 22:14 26.02.2023     319

Fevralın 20-dən fevralın 22-dək Baxmut istiqamətində Vaqner özəl hərbi şirkətinin 200-ə yaxın muzdlusu, fevralın 22-dən 24-dək isə Verxnetoretski rayonunda 30-dək səfərbər edilmiş hərbçilər məhv edilib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının müntəzəm xülasəsində bildirilib.

Məlumata görə, muzdluların meyitləri ekspertizadan sonra yük maşınları ilə Rusiyaya aparılıb.

Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır. / Report