Səudiyyə Ərəbistanı Ukraynaya 400 milyon dollarlıq yardım ayırır
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səudun Ukraynaya işgüzar səfəri çərçivəsində 400 milyon dollarlıq yardım paketi ilə iki sənəd imzalanıb.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak bildirib.
“Səfər çərçivəsində Prezident Ofisində Ukraynaya 400 milyon dollarlıq yardım paketinin verilməsini rəsmiləşdirən iki sənəd imzalanıb: 100 milyon dollarlıq humanitar yardım və 300 milyon dollarlıq neft məhsulları”, - Yermak yazıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri ilk dəfədir Ukraynada səfərdədir. Səfər çərçivəsində diplomat Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.