Böyük Britaniya və Aİ Brexit üzrə yeni razılaşma əldə ediblər



 09:07 28.02.2023     310

Böyük Britaniya və Avropa İttifaqı Şimali İrlandiya ilə bağlı daha əvvəl "Brexit" sazişinin bir hissəsi kimi imzalanmış protokolu dəyişdirmək barədə razılığa gəliblər.

Demedia.az xəbər verir ki, bu barədə BBC və "Sky News" Britaniya hökumətindəki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Londona gəlib və Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşüb.

Yaxın bir saat ərzində iki lider arasında razılaşmanın təfərrüatlarının açıqlanacağı birgə mətbuat konfransı gözlənilir.