Aİ Şurası Belarusa qarşı sanksiyaları bir il müddətinə uzatdı
Avropa İttifaqı Şurası Belarusa qarşı tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şuranın bəyanatında deyilir.
Qərar Belarusdakı vəziyyətin illik təhlili əsasında qəbul edilib. Sanksiyalar 2024-cü il fevralın 28-dək qüvvədə olacaq.
Qeyd edək ki, Belarusla bağlı "qara siyahı"ya 195 nəfər və 34 təşkilat daxildir.