ABŞ generalı: “Çindən Rusiyaya mümkün silah tədarükü Ukraynadakı münaqişəni uzadacaq”
“ABŞ prezidentinin administrasiyası hesab edir ki, Ukraynada hərbi əməliyyat zamanı istifadə üçün Çinin Rusiya Silahlı Qüvvələrinə mümkün silah və sursat tədarükü münaqişəni xeyli uzadacaq”.
Demedia.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder bildirib.
“Əgər Çin Rusiyaya ölümcül yardım etsə, o, bu münaqişəni əhəmiyyətli dərəcədə uzadacaq və Rusiyanın Ukraynanı bir ölkə kimi məhv etmək məqsədini dəstəkləyəcək”, - Rayder bildirib.
O vurğulayıb ki, Amerika tərəfi indiyədək çinlilərin Rusiyaya öldürücü yardım göstərdiyini görməyib, lakin rəsmi Pekin bu ideyadan hələ də əl çəkməyib.