Rusiya ordusu İran istehsalı olan PUA-larla Ukrayna ərazisinə hücum etdi
Martın 1-də Rusiya ordusu İran istehsalı olan “Şahed” pilotsuz uçan aparatları (PUA) ilə Ukrayna ərazisinə hücum edib.
Demedia.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, PUA-lardan 3-ü Kiyev istiqamətində müşahidə olunub.
Həmçinin daha 2 “Şahed” Çerniqova səmasında qeydə alınıb.
Çerkassı vilayətinin səmasında da PUA-lara rast gəlinib.
Bundan başda, Kremençuk şəhərində partlayış səslərinin eşidildiyi bildirilib.
Qeyd edək ki, ötən gecə Ukrayna Silahlı Qüvvələri 2 “Şahed” PUA-sını məhv edib.