Türkiyə və Britaniya XİN başçıları Ukraynadakı durumu müzakirə ediblər



 09:54 02.03.2023     298

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 xarici işlər nazirlərinin toplantısı çərçivəsində Böyük Britaniyadan olan həmkarı Ceyms Kleverli ilə görüşüb.

Demedia.az xəbər verir ki, bunu türkiyəli nazir tviterdə yazıb.

O, həmkarı ilə Ukraynadakı son durumu və NATO-nun genişlənməsini müzakirə etdiyini bildirib.

M.Çavuşoğlu, həmçinin Britaniyanın zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində Türkiyəyə verdiyi dəstəyə görə həmkarına təşəkkür edib.