Gürcüstanda müxalifət hakimiyyəti yeni aksiyalarla təhdid edir



 17:42 08.03.2021     496

Gürcüstanda əsası eks-prezident Mixail Saakaşvili tərəfindən qoyulan müxalif “Vahid Milli Hərəkat” Partiyasının liderlərindən biri Xatiya Dekanoidze hakimiyyətin növbədənkənar parlament seçkiləri elan etməyəcəyi halda genişmiqyaslı etiraz aksiyalarının keçiriləcəyini bildirib

Bu barədə TASS məlumat yayıb.

“Əgər “Gürcü Arzusu” növbədənkənar seçkilərin keçirilməsinə razılaşmasa, siyasi məhbusları, o cümlədən Nika Meliyanı azad etməsə, o zaman martın 20-də biz çox böyük etiraz aksiyası keçirəcəyik”, - deyə, X.Dekanoidze bildirib.