Ərdoğan ŞOK DƏYİŞİKLİYƏ hazırlaşır - Anons etdi



 09:42 03.03.2023     329

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi yüksək rütbəli məmurları vəzifədən uzaqlaşdırmağa hazırlaşır.

Demedia.az xəbər verir ki, Türkiyə mediası belə xəbər yayıb. Bildirilir ki, Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının son toplantısında “Hesab soruşmalı olduğumuz məsələlər barədə hesab tələb etmək bizim hüquqi və siyasi borcumuzdur” deməklə buna işarə edib. Məlumata görə, mayın 14-də keçirilməsi planlaşdırılan prezident seçkiləri öncəsi Ərdoğan hakim partiyanın Ərzurum, Gümüşhane, Giresun, Kocaeli və Mersin üzrə rəhbərlərini dəyişib.

Ərdoğanın daha ciddi dəyişiliklərə gedəcəyi barədə məlumatlar var. Qeyd edək ki, Ərdoğan qatıldığı toplantılarda Türkiyəni sarsıdan zəlzələnin ilk günlərində bəzi neqativ hadisələrin yaşandığını etiraf edib.