Ermənistanın yeni müdafiə naziri o ola bilər



 11:40 03.03.2023     354

“Ermənistanın müdafiə naziri Suren Papikyanın istefaya göndərilməsi məsələsi həll edilib. Hazırda bu barədə qərarın həyata keçirilmə mexanizmləri müzakirə edilir”.

Demedia.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yazıb.

Məlumata görə, ölkənin Baş naziri Nikol Paşinyan Papikyanın əvəzinə müdafiə naziri olaraq Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı təyin etməyi planlaşdırır:

“Məhz Armen Abazyan müharibədən sonra Azərbaycan tərəfi ilə əsirlərin mübadiləsi və delimitasiya kimi məsələlərlə bağlı danışıqlar aparıb və ortaq dil tapıb”.