“Trabzonspor”un prezidenti istefa verdi
“Trabzonspor”un prezidenti Ahmet Ağaoğlu istefa verib.
Demedia.az-ın məlumatına görə, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, A.Ağaoğlunun istefasına səbəb İdarə Heyəti ilə aralarında yaranan fikir ayrılığıdır.
Qeyd edək ki, Ahmet Ağaoğlu 2018-ci ildən bəri “Trabzonspor”a rəhbərlik edib.