Türkiyədə daha bir möcüzə: 25 gün sonra sağ tapıldı
Türkiyənin Hatay bölgəsində baş verən zəlzələdən sonra daha bir möcüzə yaşanıb.
Demedia.az xəbər verir ki, Hatayda baş verən zəlzələnin 25-ci günündə binanın dağıntıları altından bir it sağ çıxarılıb.
Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Zəlzələ nəticəsində 45 mindən çox insan həlak olub, 105 mindən çox insan isə yaralanıb.