Baydendə dəri xərçəngi aşkarlandı



 10:39 04.03.2023     429

ABŞ Prezidenti Cozef Bayden uğurla əməliyyat olunub, onun dərisindən bədxassəli şiş çıxarılıb.

Demedia.az xəbər verir ki, bu barədə onun həkiminə istinadən Reuters agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, fevral ayında aparılan biopsiya Amerika liderində bazal hüceyrəli karsinomanın (dəri xərçəngi – Red) olduğunu təsdiqləyib və əməliyyata qərar verilib.

Bayden müəyyən müddət dermatoloqun nəzarətində olacaq.