Avropa Parlamentinin sədri Ukraynada səfərdədir
Avropa Parlamentinin sədri Roberta Metsola Ukraynada səfərdədir.
Demedia.az xəbər verir ki, məlumatı UNIAN yayıb.
Bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Roberta Metsolanı Lvovda qarşılayıb.
V.Zelenski müharibənin ilk günlərindən Ukraynanı dəstəklədiyi üçün Avropa Parlamentinə təşəkkür edib.
O qeyd edib ki, Ukrayna Avropa Komissiyasının tövsiyələrinin icrasını tez bir zamanda başa çatdırmağa və bu il quruma daxil olmaq üzrə danışıqlara başlamağa çalışır.