Kibercinayətkarlar Çexiya banklarından 54 milyon avro oğurladı



 21:36 08.03.2021     717

Böyük Britaniyadan idarə olunan mütəşəkkil cinayətkar dəstə fırıldaqçılıq yolu ilə Çexiyadakı banklardan və sığorta şirkətlərindən 1.4 milyard kron (təqribən 54 milyon avro) vəsaiti oğurlayıb.

Bu barədə TASS məlumat yayıb.

Sözügedən işlə bağlı 21 fakt üzə çıxıb. Şübhəli şəxslərdən dördü Çexiya ərazisində yaşayır. Onlardan üçü ölkənin vətəndaşlarıdır.

Faktla bağlı araşdırmalar davam edir.