Türkiyədə zəlzələdən ölənlərin sayı yenidən artdı
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 min nəfərə yaxınlaşıb.
Demedia.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
“Bu günə qədər dağıntılarda, xəstəxanalarda ölən vətəndaşlarımızın sayı 45 min 968-dir. Bunların içində 4 min 267 suriyalı qardaşımız var”, - o vurğulayıb.