Almaniya 2022-ci ildə Ukraynaya yardım üçün 14 milyard avro xərcləyib



 09:54 06.03.2023     443

2022-ci ildə Almaniyadan Ukraynaya yardımın ümumi məbləği təxminən 14 milyard avro təşkil edib ki, bu da onu kontinental Avropada Kiyevə ən böyük donor edib.

Demedia.az xəbər verir ki, bu sözləri CNN telekanalına müsahibəsində Almaniya kansleri Olaf Şolts deyib.

“Biz Ukraynanı silah və lazımi maliyyə yardımı ilə təmin edirik. Biz kontinental Avropada Ukraynaya ən böyük donor olduq. Bu və ya digər şəkildə biz ötən il Ukraynaya 14 milyard avro verdik və bundan sonra da verəcəyik”, - deyə Almaniya kansleri qeyd edib.