Ukraynada həlak olan dinc sakinlərin sayı açıqlandı



 09:07 07.03.2023     472

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan indiyədək 21 793 mülki şəxs zərər çəkib. Onlardan 8 173 nəfər həlak olub.

Demedia.az xəbər verir ki, bunu BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı açıqlayıb.

Bildirilib ki, 8 000-dən çox ölümlə yanaşı, BMT Rusiyanın təcavüzü nəticəsində 13 620 nəfərin də yaralandığını qeydə alıb.

Ötən ay 589 zərərçəkmiş təsdiqlənib – 138 dinc sakin həlak olub, 451 nəfər yaralanıb. Bunun səbəbi əksər hallarda geniş ərazini məhvetmə xüsusiyyətli silahların və partlayıcı predmetlərin istifadəsidir.

Ali Komissarlıq vurğulayıb ki, gərgin döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat axını ləngidiyindən müharibə sonucunda ölənlərin gerçək sayı xeyli çoxdur. Eyni zamanda, bir çox bilgilər hələ də təsdiqini tapmayıb. Bu, xüsusən Mariupol, Lisiçansk, Popasna və Severodonetskə aiddir.