Aİ: "Rusiyanın Ukraynaya qarşı əsassız işğalçılıq müharibəsini pisləyirik”
“Biz Rusiyanın Ukraynaya qarşı əsassız işğalçılıq müharibəsini kəskin şəkildə pisləyirik”.
Deemdia.az Avropa İttifaqının saytına istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Rusiya beynəlxalq hüququ, o cümlədən BMT Nizamnaməsinin əsas prinsiplərini kobud şəkildə pozur: “İnsan hüquqları və beynəlxalq humanitar hüququ pozanlar məsuliyyət daşıyacaqlar. Biz Rusiyanı davam etdirdiyi təzavüzünü dərhal, qeyd-şərtsiz dayandırmağa və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə tam hörmət etməyə çağırırıq”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.