Gürcüstan prezidenti: Moskvanın diktə etdiyi qanuna heç kimin ehtiyacı yoxdur
“Heç kimin tələ qurmağa haqqı yoxdur”.
Demedia.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun layihəsinə etiraz edənlərə müraciətində bildirib.
“Mən bu axşam Rustavelidə dayananlara müraciət edirəm. Hazırda Nyu-Yorkdayam və arxamdakı Azadlıq heykəlidir. Gürcüstan bu simvol uğrunda hər zaman mübarizə aparıb, siz də məhz bu məqsədlə toplanmısınız. Mən sizin tərəfinizdəyəm. Bu gün siz azad Gürcüstanı təmsil edirsiniz. Öz gələcəyini Avropada görən Gürcüstan heç kimə bu gələcəyi oğurlamağa icazə verməyəcək. Heç kimin tələ qurmağa haqqı yoxdur. Bu gələcək bizim gələcək nəsillərimizə aiddir. Moskvanın diktə etdiyi bu qanuna heç kimin ehtiyacı yoxdur” – Prezident deyib. / APA