İsveç XİN: “Ölkədə nüvə silahı yerləşdirilməyəcək”
İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Tobias Billström bildirib ki, ölkə NATO-ya daxil olduqdan sonra krallıq ərazisində nüvə silahı yerləşdirilməyəcək.
Demedia.az xəbər verir ki, onun sözlərinə görə, İsveç hökuməti “digər şimal ölkələrinin mövqeyinə əməl edəcək”.
Bildirilir ki, xarici işlər naziri açıqlamasında nüvə silahının da yerləşdirilmədiyi Norveç və Danimarkanı nəzərdə tutub.
Qeyd olunub ki, hökumət tezliklə NATO ilə bağlı İsveçin yeni qanununu təqdim edəcək. Bu qanunda vurğulanır ki, Stokholm “sülh dövründə İsveç ərazisində nüvə silahı və ya daimi bazalar yerləşdirmək üçün heç bir səbəb görmür”.